Azadsöz.az xəbər verir ki, Ağdam təmsilçisi Fransa “Dijon”unun futbolçusu Yassin Benziaya 2,5 illik müqavilə təklif edib. Bu barədə “L’equipe” nəşri məlumat yayıb. Bildirilir ki, 29 yaşlı yarımmüdafiəçi ilə “Qarabağ” arasında danışıqlar müsbət istiqamətdə gedir və onlar sözləşmə imzalaya bilər.
Yassin Əlcəzair millisinin sabiq üzvü 2020-ci ildən “Dijon”un futbolçusudur. O, ötən ilin ilk yarısını icarə əsasında Türkiyə “Hatayspor”unda keçirib. Yasson “Dijon”a qayıtdıqdan sonra Liqa 2 təmsilçisinin heyətində bu mövsüm meydana çıxmayıb.
Qeyd edək ki, Yassin Benzia Fransada “Lion”, “Lill”, Yunanıstanda “Olimpiakos”, Türkiyədə “Fənərbaxça” kimi komandaların da formasını geyinib. O, Fransanın aşağı yaş qruplarından ibarət yığmalarında da çıxış edib.