“Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı olacaq”.
Azadsöz.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.
O bildirib ki, artıq Əfv komissiyasının üç iclası keçirilib: “360-dan çox sənədə baxılıb. Düşünürəm ki, iclaslar may ayına kimi davam edəcək”.