Azadsöz.az xəbər verir ki, 20 yanvar 20223-cü il tarixdə torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Ceyhun Rəşid oğlu İbrahimovun anım günündə məzarı ziyarət olunub.
2016-cı il Aprel döyüşlərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Teymur Qasımovun atası Mikayıl Qasımov , “Azadsöz.az” xəbər saytının təsisçisi və baş redaktoru Səbuhi Eltonlu, “Şirvanın səsi” və “Dövlət” informasiya agentliyinin əməkdaşı Gülşən Muradova şəhid Ceyhun İbrahimovun əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Ceyhun Rəşid oğlu İbrahimov 1975-ci il yanvarın 10-da Göyçay rayon Ərəbcəbirli kəndində anadan olubdur.Səkkizillik təhsilini bitirdikdən sonra 58 nömrəli Texniki Peşə məktəbinə daxil olmuş və burada çilingər peşəsinə yiyələnibdir.1993-cü ilin oktyabrında hərbi xidmətə çağırılıbdır.
Ermənilərin xəyanəti torpaqlarımıza göz dikmələri digər qeyrətli oğullarımız kimi Ceyhunuda bərk narahat edirdi.Zori Balayan, Silva Kaputigiyan kimi zəhərli ilanlara lənət deyirdi. Ceyhun silaha sarılıb Füzuli bölgəsinə yola düşəndə and içmişdi, son damla qanınadək erməni daşnaklarına qarşı vuruşacaq, Vətən torpağının hər qarışınına qoruyacaq!
1994 cü il yanvarın 20-də Ceyhun Füzuli uğrunda gedən qanlı döyüşlərin birində şəhid olaraq öz ölümüylə ölümsüzlüyə qovuşubdur.Qəhrəman şəhid öz doğulduğu Ərəbcəbirli kəndində dəfn olunubdur.