Azadsöz.az xəbər verir ki, rayon ərazisində əkin sahələrinin vaxtında suvarılması üçün mütəmadi olaraq arxların təmizlənməsi işləri aparılır.
Yanvarın 16-da Göyçay rayonun Nizami küçəsindən keçən suvarma arxının su ötürücülük qabiliyyətinin artırılması məqsədilə rayon Suvarma Sistemləri İdarəsi tərəfindən texnika vasitəsilə arx qazılaraq lil və çöküntülərdən təmizlənməsi işləri aparılır.