Azadsöz.az xəbər verir ki, Nazirlər Kabineti “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”nı təsdiqləyib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qayda fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi sahəsində dövlət orqanları (qurumları) tərəfindən həyata keçirilən tədbirləri müəyyən edir.