Azadsöz.az xəbər verir ki, Göyçay şəhər Cəfər Cabbarlı küçəsində yağış sularını ötürmək üçün bərə olmadığından güclü yağış zamanı suların toplanması hallarının baş verməsi ilə bağlı rayon İcra Hakimiyyətinə məlumat daxil olubdur.
Daxil olmuş müraciətlə bağlı araşdırma aparılıb.
Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən həmin ərazidə su ötürücü xəttin çəkilməsi üçün təmir bərpa işləri aparılaraq qaydaya salınıb.