Son bir neçə ayda rayonumuzda gedən quruculuq və abadlıq işləri sakinlərdə böyük razılıq və minnətdarlıq hissləri doğurur. İnsanlar uzun müddət ürəklərində yaşatdıqları arzularının yerinə yetdiyini, ümidlərinin çin olduğunu görüb sabah daha yaxşı olacağını düşünür, elə bu inamla da öz duyğularını bir-biri ilə bölüşürlər. Rayon sakinlərinin “Göyçay” qəzetinin redaksiyasına ünvanladığı razılıq məktubları göstərir ki, heç bir yaxşı iş izsiz qalmır, doğulub boya-başa çatdıqları, talelərini, həyatlarını bağladıqları yurdun inkişafı, çiçəklənməsi onların ürəyincədir, davamlı və ardıcıl şəkildə görülən işləri ürəkdən bəyənir və dəstəkləyirlər. Həmin razılıq məktublarından birini bir cümləsinə belə toxunmadan olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
Redaktor
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Natiq Ağayevə.
Göyçay Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası əməkdaşları adından.
Təşəkkür məktubu
Hörmətli Natiq müəllim!
Şəhərimizin mərkəzi küçələrindən biri olan, Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan prospekt uzun illər bağlı olmuş, küçəni iki yerə bölmüş maneələr faktiki olaraq şəhəri də iki yerə ayırmışdır. Bu isə nəqliyyat vasitələrinin hərəkətinə ciddi çətinliklər törətmişdir. Xüsusən də çağırışa gedən təcili yardım sanitar avtomobillərinin hərəkət trayektoriyasını və ünvana yetişmə zamanını xeyli uzatmış, bununla da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinə mənfi təsir göstərmişdir. Dəfələrlə aidiyyatı qurumlara və şəxslərə şifahi müraciət etsək də heç bir nəticə əldə olunmamışdır.
Möhtərəm Natiq müəllim, Siz cənab Prezident İlham Əliyevin sərəncamı ilə rayonumuza icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğunuz ilk gündən illər boyu yığılıb qalmış bir çox problemləri aradan qaldırmaq üçün qətiyyətli və ardıcıl işlər görməyə başladıqda bizdə arzularımızın tezliklə həyata keçməsinə ümid yarandı. Hər görülən iş, müsbət dəyişikliklər göstərdi ki, ümidlərimiz boşuna deyilmiş. Artıq Heydər Əliyev prospektində və M.Rəsulzadə küçəsində bir zamanlar süni şəkildə yaradılmış maneələr sizin təşəbbüsünüzlə aradan qaldırılmışdır. Bu hadisə bizi –TTTYS-nin tibbi personalını və sürücü kollektivini çox sevindirdi, kollektivimizi daha yaxşı və səmərəli işləməyə ruhlandırdı. Biz bu gün bu küçələrdən sərbəst istifadə edərək çağırış ünvanlarına daha tez yetişə bilirik.
Hörmətli cənab başçı, bu xeyirxah, Göyçay tarixinə yazılan işinizi dəstəkləyir, TTTYS kollektivi adından Sizə təşəkkür edir, can sağlığı, uzun ömür və işlərinizdə uğurlar arzulayırıq!
Dərin hörmətlə:
1 Əsgərov Əli
2 Hənifəyev Paşa
3 Məmmədov Natiq
4 Bəkirov Rəşad
5 Hənifəyev Aqil
6 Məmmədov Elvin
7 Eminov Asif
8 İbrahimov Elman
9 Səbzəliyev Cavid
10 Səbzəliyev Coşqun
11 Şükürov Azər
12 Seyidov Sərvər
13 Səbzəliyev Novruz
14 Yaqubov Sadiq
15 Teymurov Rafael
Azadsöz.az