18 May 2024 22:28

Göyçayda açılan yolda abadlıq işləri sürətlə davam edir-FOTO

Azadsöz.az  xəbər  verir  ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev  sakinlərin müraciətlərini nəzərə alaraq, onların rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə  tapşırığına  əsasən açılan  yolda abadlıq işləri sürətlə davam edir.

Göyçay  Abadlaşdırma və Təmir, Mənzil İstismar İdarəsinin, “ATF” MMC-nin əməkdaşları və  texnikası  tərəfindən sözügedən  əraziyə  yeni ağac tingləri, gül kolları əkilib, yeni yaşıllıqlar salınıb,  işıqlanma sistemi yenilənib, parka  tamet daşlar vurulub,  yola və  yolun  piyadalar üçün  nəzərdə tutulmuş  hissəsinə asfalt örtüyü döşənib.