Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin tapşırığına əsasən Göyçay Sanitar Təmizlik İdarəsinin rəhbəri Ruslan Məmmədov tərəfindən rayonun Heydər Əliyev prospekti və H.Z.Tağıyev, Nizami Gəncəvi, M.Ə.Rəsulzadə, Üzeyir Hacıbeyov, Ş.İ. Xətai, Babak Səmidli, şəhid Maarif Həsənov küçələri məişət tullantıları konteynerləri ilə təmin edilib.
Göyçayda sanitar təmizliyin yaxşılaşdırılması məqsədilə məişət tullantılarının yığılması üçün nəzərdə tutulan yeni qutuların qorunması və təyinatı üzrə istifadə edilməsi xahiş olunur.
Qeyd edək ki, növbəlik əsasında rayonun digər küçələridə məişət tullantıları konteynerləri ilə təmin ediləcək.