19 May 2024 00:01

Göyçayda açılan yola asfalt örtüyü vurulur-FOTO

Azadsöz.az  xəbər  verir  ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev  sakinlərin müraciətlərini nəzərə alaraq, onların rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə  tapşırığına  əsasən  uzun  müddətdi  bağlı  qalan yolun açılması  üçün görülən işlər  yekunlaşmaq üzrədir. 

Bu gün  “ATF”  MMC-nin əməkdaşları  tərəfindən  yola asfalt örtüyünün vurulması işlərinə  başlanıb.Yaxın günlərdə yolun istifadəyə verilməsi  nəzərdə  tutulub.

Qeyd  edək  ki, Göyçay  rayon Heydər Əliyev prospektində 2007-ci  ildə  park istifadəyə  verildiyində  magistral yolun bir hissə  bağlanmışdır. Sürücülər  məcbur  olaraq  alternativ yollardan istifadə edirdilər.Bu da vaxt itkisinə  səbəb olurdu.