19 May 2024 00:43

Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirildi-FOTO

Azadsöz.az  xəbər  verir  ki, Göyçay Uşaq Musiqi Məktəbində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirilIBdir.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, rayon ictimaiyyətinin nümayəndələri və mədəniyyət işçiləri iştirak ediblər.
Göyçay Uşaq Musiqi Məktəbinin müəllim və şagird kollektivinin ifasinda Əhməd Bakıxanovun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər səsləndirilibdir.Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova çıxış edərək bildirib ki, Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak etmişdir.

Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir keçirildi