19 May 2024 02:41

Göyçayda vətəndaşların növbəti qəbulu keçirildi-FOTO

Azadsöz.az xəbər verir ki, 20 dekabr  2022-ci il tarixdə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq  Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayevin sədrliyi ilə rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirildi.

Qəbulda  rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, başçının müavinləri, aparatın şöbə müdirləri, rayon Polis Şöbəsinin, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edirdi.

Vətəndaşların müraciətləri dinlənilib və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilib, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmayan məsələlər isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilibdir.

Qeyd  edək ki, ümumilikdə qəbul zamanı 70-a yaxın rayon sakinlərinin müraciətinə baxılıb, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilibdir.