Azadsöz.az xəbər verir ki, 22 dekabr 2022-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev növbəti səyyar qəbulu qrafikə uyğun olaraq Yalman kəndində keçirilib.
Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı vətəndaşları narahat edən internet, işsizlik, məşğulluq məsələləri ilə bağlı problemlər dinlənilib.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərilib, araşdırılmasına ehtiyac olan digər məsələlərin həlli aidyyəti üzrə müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Səyyar qəbuldan məmnun qalan sakinlər onlara yaradılan belə şəraitə, insanların problemlərinin həlli istiqamətində həyata keçirilən işlərə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.