DİM-nin məlumatına görə, imtahan nəticələri bu gün saat 18:05-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Azərbaycanda 3 ildən bir ölkə risk qiymətləndirilməsi həyata keçiriləcək
Vətən müharibəsinin 6 iştirakçısı prokurorluğa işə qəbul olunub
Terrorçuluqla əlaqədar fiziki şəxs və qurumun hansı hallarda ölkədaxili siyahıya daxil ediləcəyi müəyyənləşir
Dövlət qulluğuna qəbul imtahanının nəticələri ilə buradan tanış olmaq mümkündür.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2500 namizəddən 45 nəfər imtahana gəlməyib.

İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 18 nəfər, BA2 altqrupu üzrə 45 nəfər, BA3 altqrupu üzrə 75 nəfər, BA4 altqrupu üzrə 94 nəfər, BB1 altqrupu üzrə 159 nəfər, BB2 altqrupu üzrə 181 nəfər, BB3 altqrupu üzrə 254 nəfər, BB4 altqrupu üzrə 308 nəfər olmaqla, ümumilikdə 1134 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələri isə bu linkdə verilib.

Bu imtahanda 141 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 4 nəfər, BB2 altqrupu üzrə 21 nəfər, BB3 altqrupu üzrə 26 nəfər, BB4 altqrupu üzrə 40 nəfər olmaqla, ümumilikdə 91 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya komissiyası 20-22 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.