Azadsöz.az xəbər verir ki, dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda iştirak edir.
Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayeni, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və Macarıstanın Baş naziri Viktor Orbanı qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Plenar iclası açan Rumıniya Prezidenti Klaus Yohannis qonaqları salamlayıb və çıxış edib.
Dövlətimizin başçısı iclasda çıxış edib.
Həmin tədbirdən görüntüləri təqdim edirik: