23 Noyabr 2024 20:44

Oruc Zalov işdən çıxarıldı -Yerinə Oqtay Kərimov təyin edildi

Azadsöz.az xəbər verir ki, Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq vəzifəsindən azad  edilərək təqaüdə göndərilib.

Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis general-mayoru Oqtay Kərimov təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl 70 yaşı tamam olan və Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul