09 May 2024 02:42

Fərqliliyimiz Uğurumuzdur

Göyçay məişət tullantıları konteynerləri ilə təmin edilməkdə davam edir-FOTO

Azadsöz.az  xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayevin tapşırığına əsasən  rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Sanitar Təmizlik İdarəsinin rəhbəri Ruslan Məmmədov  tərəfindən hər gün  mərhələli  şəkildə rayonun küçələri məişət tullantıları konteynerləri ilə təmin edilir.

Bu  gündə  Göyçayda sanitar təmizliyin yaxşılaşdırılması məqsədilə məişət tullantılarının yığılması üçün nəzərdə tutulan yeni qutular rayonun Heydər Əliyev prospektinin  növbəti hissəsinə və  Atatürk küçəsinə  qoyulub.

Qeyd  edək  ki, növbəliklə  rayonun digər  küçələridə məişət tullantıları konteynerləri ilə təmin ediləcək.