Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda Vətən müharibəsi Şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.
Göyçay rayonunun Ləkçıplaq kəndində yaşayan I Qarabağ müharibəsində ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Seymur Xasay oğlu Rəsulovun anası Rəsulova Zərifə Məhəmmədəli qızı 2022-ci ilin mayında həyətinin bir hissəsinin dəmir lövhələrlə bağlanması üçün Göyçay rayon İcra Hakimiyyətinə etdiyi müraciət təmin edilib.Həyət kol-kosdan təmizlənib, təmizlənmiş hissə dəmir lövhələrlə bağlanıb.
Qeyd edək ki, Seymur Xasay oğlu Rəsulov 1975-ci ildə Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olub. Seymur Rəsulov 26 iyul 1993-cü ildə Ağdərə rayonunun Çaylı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Göyçay rayon Ləkçıplaq kəndində dəfn edilib.