19 May 2024 02:15

Ulaşlı Şıxlı kəndinin mərkəzi yolu qreyderlə hamarlanaraq qaydaya salınıb-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayevin tapşırıq və göstərişinə  əsasən Göyçay  rayonunun  mərkəzində  eləcə də  kəndlərində  badlıq-quruculuq və bərpa işləri sürətlə davam etdirilir.

Belə  ki, Göyçay  Rayon İcra Hakimiyyəti başçısının Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Ulaşlı Şıxlı kəndində avtomobillərin və piyadaların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 700 metr məsafədə kəndin mərkəzi yolu texnika vasitəsilə qreyderlə hamarlanaraq qaydaya salınıb.