27 İyul 2024 03:39

Prezidentdən Oruc Zalovla bağlı-SƏRƏNCAM

Azadsöz.az xəbər verir ki, Oruc İbrahim oğlu Zalov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, daxili işlər orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə, ordenə layiq görülüb.

Qeyd edək ki, O. Zalov Daxili işlər nazirinin müavinidir.