Azadsöz.az xəbər verir ki, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirilir.
Aparılan reydlər zamanı ət kəsimi obyektlərində qanunsuz inşa edilmiş metal konstruksiyalar sökülərək, antisanitar vəziyyət yaradan şəxslərə heyvan kəsiminin baytar-sanitar qaydalara uyğun məntəqələrdə təşkilin vacibliyi bildirilib.
Əhalinin sağlam və keyfiyyətli ət məhsulları ilə təmin olunması məqsədilə sanitar-gigiyenik qaydalara əməl etməyən sahibkarların məsuliyyət daşıdıqları diqqətlərinə çatdırılıb.
Reydlər rayonun digər ərazilərində də davam etdiriləcək.