23 İyun 2024 08:30

Xalq Artisti Əlixan Səmədov beynəlxalq mükafat qazandı

Azadsöz.az xəbər verir ki, Beynəlxalq Uğur Hekayəsi Mükafatları sahiblərini tapıb.

RM’C PMU MASTER-in keçirdiyi gecəyə iş, sənət və media dünyasından bir çox şəxs qatılıb.

Gecənin mükafatçıları arasında Azərbaycanın Xalq Artisti Əlixan Səmədov da olub. İnstrumental ifaçı “İlin ən yaxşı balaban ustası” nominasiyasında qalib seçilib.

Qeyd edək ki, mərasimin aparıcıları kimi Deniz Akkaya və DJ Uğurcan Bozcağaç çıxış ediblər.