27 İyul 2024 05:05

Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək-TARİX

Azadsöz.az xəbər verir ki, 10-11 dekabr tarixlərində saat 14:00-da Bakıda Qazaxıstan Kino Günləri keçiriləcək.

Qazaxıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbir Nizami Kino Mərkəzində baş tutacaq. Proqrama iki film daxil edilib: dekabrın 10-u “Kenje Kız” animasiyası, 11 dekabrda isə “Alğa” filmi nümayiş etdiriləcək.

Qeyd edək ki, giriş sərbəstdir, istəyən hər kəs tədbirə qatıla bilər.