Azadsöz.az xəbər verir ki, 02 dekabr 2022-ci il tarixdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) Göyçay rayonunda ixracatçılarla görüş keçirmişdir.
Yüzdən çox ixracatçının iştirakı ilə keçirilən görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Dövlət Gömrük Komitəsinin Baş idarə rəisi Mirqasım Vahabov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.
Görüşdə ixracatçılara göstərilən dəstək tədbirləri, konsiqnasiya üsulu ilə ixrac olunmuş məhsulların dəyərinin ölkəyə gətirilməsi, ticarət qanunvericiliyinin tələblərinə əməl edilməsi məsələləri müzakirə olunub, sahibkarların ixrac zamanı qarşılaşdıqları məsələlər, onların həlli yolları barədə fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib, suallar cavablandırılıb.