Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik adlı uca zirvəyə yüksələn Aslan Elman oğlu Əliyevin anası Lalə Əliyevanın bu gün ad günüdür.
Bu münasibətlə Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nicat Mahmudov, “Azadsöz.az” xəbər saytının təsisçisi və baş redaktoru Səbuhi Eltonlu, “Şirvanın səsi” və “Dövlət” informasiya agentliyinin əməkdaşı Gülşən Muradova şəhidimizin anasının ad gününü təbrik ediblər.
Çay süfrəsi arxasında keçən görüşdə Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədə payı olan Aslan Əliyev kimi oğullarımızın daim qəlblərdə yaşayacağını bildiriblər. Bu gün şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini, Azərbaycan xalqı var olduqca şəhidlərimizin də var olacağını qeyd ediblər.
Xatırladaq ki, Aslan Elman oğlu Əliyev 23 sentyabr 2001-ci ildə Göyçayın Hacalıkənd kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edib.Noyabrın 7-i Xocavənd rayonunda gedən döyüşlərdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.Doğulduğu kənddə torpağa tapşırılıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Aslan Əliyev ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.