Azadsöz.az xəbər verir ki, gələn il “Heydər Əliyev İli” çərçivəsində sosial dəstək tədbirləri və xeyriyyə aksiyaları keçiriləcək.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Tədbirlər Planına əsasən, sosial dəstək tədbirləri və xeyriyyə aksiyaları 2023-cü il ərzində reallaşdırılacaq. İcraçı qurum olaraq Prezident Administrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi müəyyən edilib.