Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin oğlu Heydər Əliyev ailə həyatı qurub.
Bu barədə birinci xanım Mehriban Əliyeva paylaşım edib.
“Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan Sevgi və Hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun”, – deyə paylaşımda bildirilib.