08 May 2024 21:04

Fərqliliyimiz Uğurumuzdur

Cəyirli kəndi tərəfindən mövsümə uyğun təmizlik işləri görülüb

Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayevin tapşırıq və tövsiyələrinə əsasən  Cəyirli kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən  Göyçay-Bərgüşad avtomobil yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsi  məişət və digər tullantı parçalarından  təmizlənib, asfalt örtüyü su maşını vasitəsi ilə yuyulub.

Rayon ərazisindən keçən respublika əhəmiyyətli avtomagistralların  kənarları qurumuş otlardan təmizlənib, yeni ting ağacları  əkilib.Cəyirli kənd ərazisində yerləşən “Dostluq Parkında” müxtəlif növ güllər  əkilib. Bununla  yanaşı  əkilən  ağac və güllərə qulluq göstərilib.

Bütün sakinləri ətraf mühitə qarşı diqqətli olmağa, abadlıq işlərindən sonra ərazinin təmiz saxlanılmasına, arxlara məişət tullantılarının atılmamasına xüsusi diqqətlə yanaşmaları tövsiyə olunur.