23 Noyabr 2024 13:01

Göyçayda maarifləndirici tədbir keçirilib

Azadsöz.az xəbər verir ki, 25 noyabr 2022-ci il tarixdə rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə Göyçay şəhər R.Rza adına 1 saylı tam orta məktəbdə “Erkən nikah və qohumlar arasında nikahın fəsadları”, “Narkomaniya və onun törətdiyi bəlalar”, “Dini radikalizm və onunla mübarizə”, “Məişət və gender zorakılığı” və “Uşaqlara qarşı zorakılıq” mövzularında maarifləndirici tədbir keçirilib.

Tədbirdə müəllimlər, yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər.

Əvvəlcə rayon Polis şöbəsinin rəisi Müqalib Abdıyev “Narkomaniya və onun törətdiyi bəlalar” mövzusunda geniş məlumat vermiş, daha sonra rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova “Erkən nikah və qohumlar arasında nikahın fəsadları”, rayon Təhsil sektorunun müdiri Rauf Məmmədov “Uşaqlara qarşı zorakılıq”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə üzrə nümayəndəsi Rauf Nəsirov “Dini radikalizm və onunla mübarizə” mövzularında çıxışlar ediblər.

Sonra mövzular ətrafında iştirakçıları maraqlandıran sullar ətrafında diskussiya aparılıb.

Mənbə:Göyçay  rayon İcra Hakimiyyəti.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul