Azadsöz.az xəbər verir ki, 9 aprel 2024-cü il tarixində Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında yanğın təhlükəsizliyi, ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi başda olmaqla kollektiv, Fövqaladə Hallar Nazirliyinin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı Seymur İbrahimov və fermer Eyvaz Səmədov iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin daim diqqət mərkəzində olduğu diqqətə çatdırılıb. Görüş iştirakçılarına yanğın təhlükəsizliyi normalarının və qaydalarının tələblərinə riayət olunması bildirilib.Əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsinin, eyni zamanda yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti orqanların göstərişlərinin və digər qanuni tələblərinin yerinə yetirilməsinin vacibliyi qeyd edilib.Görüşdə fermerlərə ehtiyatsızlıqdan və yaxud məqsədyönlü şəkildə biçindən sonra taxıl sahələrinə od vurulmasının böyük fəsadlara səbəb olduğu vurğulanıb.
slot turnuvaları 2024
Yanğınların nəinki əkinə yararlı torpaqlara, həmçinin meşə sahələrinə, əhalinin yaşadığı ərazilərə də ciddi zərər vurma ehtimalının olduğu bildirilib.Bu kimi halların qarşısının alınması üçün ekoloji sabitliyin qorunması və ətraf mühitin mühafizəsi istiqamətində fermerlərə əkin və taxıl biçimi zamanı sahələrə od vurulmaması, məhsuldarlığın artması və təhlükəsizliyin təmini məqsədilə müvafiq aqrotexniki tədbirlərin keçirilməsinin vacibliyi göstərilib.
Görüşdə qarşıdan gələn taxıl biçininə hazırlıqla bağlı fermerlərlə görüşlərin mütamadi olaraq keçirilməsi diqqətə çatdırılıb.