“Məktəblərdə tənəffüs vaxtlarının artırılması ilə bağlı təkliflər olsa, bu məsələyə baxıla bilər”.
Azadsöz.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu məsələni məktəb rəhbərliyi ilə valideynlər tənzimləyə bilər: “Əgər məktəb rəhbərliyi düşünürsə ki, bu məsələni tənzimləyə bilər, o zaman bununla bağlı məsələyə baxa bilərlər. Bu gün ölkədə məktəb saylarının çox olması birnövbəli əsasda həyata keçirilir”.