27 Noyabr 2024 22:30

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxslər HƏBS EDİLDİ

Azadsöz.az xəbər verir ki,  sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.  

DİN-in Mətbuat Xidmətindən  verilən məlumata görə, tədbirlərlə 1996-cı il təvəllüdlü, “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, 2003-cü il təvəllüdlü,  “Miri” ləqəbli Mirnamiq Mirələmzadə saxlanılıblar.

Müvafiq qərarla Ə.Məhərrəmov 20, M.Mirələmzadə 30 sutka inzibati qaydada həbs edilib.

DİN-dən bildirilib ki, sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxslərə qarşı müvafiq tədbirlərin görülməsi davam etdirilir.


Ankara escort İstanbul Travesti Shemale İstanbul