29 Noyabr 2024 06:46

Şəhid Abdulcəmil Bilalovun ikinci ildönümü qeyd edildi-FOTO

Azadsöz.az  xəbər  verir  ki, 44 günlük  Vətən  müharibəsində qanı ilə  tarix  yazaraq  şəhidlik  zirvəsinə  ucalan Abdulcəmil Xəqani oğlu Bilalovun  ikinci  ildönümü Ləkçıplaq  kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə  Göyçay RİH başçısı aparatının əməkdaşları,  idarə, müəssisə, təşkilatların rəhbərləri,   dindarlar, ağsaqqallar, şəhid ailələri, kənd sakinləri  və  şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.Tədbirdə çıxış  edənlər  bildirdilər ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə yanaşı, dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya nümayiş etdirdi.

Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Tədbir  çərçivəsində mərasim iştirakçıları  Ləkçıplaq  kənd qəbirstanlığında uyuyan Birinci Qarabağ şəhidlərinin məzarlarını  ziyarət  edərək  üzərilərinə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd  edək ki, Abdulcəmil Xəqani oğlu Bilalov 1997-ci il yanvarın 9-da Göyçay  rayonunun Ləkçıplaq kəndində  anadan olub. Abdulcəmil Bilalov  2020-ci il sentyabrın 27-də başlayan  Vətən  müharibəsindən  bir neçə ay əvvəl ağır yol qəzası keçirmişdir. Səfərbərliyə çağırsalar da keçirdiyi qəza səbəbindən orduya aparmaq istəməyiblər, ancaq Abdulcəmilin israrları ilə səfərbərliyə qatılıb və  Ağdərə  istiqamətində gedən döyüşlərdə  iştirak  edib.Son dəfə 15 oktyabrda ailəsi ilə danışmışdı. Suqovuşan istiqamətində şiddətli döyüşlər zamanı qolundan yara alsa da döyüşə davam edib.O, 17 oktyabr döyüşlərdən qayıdarkən əsgər yoldaşları bir az sürətli getmələrini xahiş etsələr də, Abdulcəmil mən çox yorulmuşam, asta gedəcəm deyir. Əsgər yoldaşı bir az uzaqlaşandan sonra ətrafında minamyot partlayır və şəhidlik məqamına şəhadət şərbətini içənə kimi 11 erməni məhv edib.Noyabrın 1-də Ağdərə istiqamətində qəhrəmanlıq  göstərərək  şəhidlik  zirvəsinə ucalıb. Şəhidimizin  cənazəsi neytral zonada 35 gün qaldığı üçün uzun zaman dəqiq xəbər almaq mümkün olmamışdı.Nəhayət noyabrın  20-də   cənazəsi neytral zonadan götürülərək  ailəsinə  təhvil  verilib.Doğulduğu  kənddə  dəfn  edilib.

Prezident İlham  Əliyevin   sərəncamına  əsasən, Abdulcəmil Bilalov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və  “Cəsur döyüşçü”  medalları  ilə təltif edilib.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul