Azadsöz.az Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Milli komandamızın Moldova ilə beynəlxalq yoldaşlıq oyununun hakim təyinatları açıqlanıb.
Matçı ukraynalı hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Denis Şurman olacaq. Ona yan xətdə Aleksandr Jukov və Viktor Nıjnık kömək edəcək.
Qeyd edək ki, noyabrın 16-da Kişineudakı “Zimbru” stadionunda oynanılacaq Moldova – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.