29 Noyabr 2024 06:01

Danimarka millisinə qadağa

Azadsöz.az  xəbər  verir  ki, FİFA Danimarka milli komandasına üzərində “insaq haqları hamı üçündür” sözləri yazılan formanı geyinməyə icazə verməyib.

Bu barədə Danimarka Futbol Federasiyasının (DFF) nümayəndəsi bildirib. Onun sözlərinə görə, FİFA qərarını onunla əsaslandırıb ki, futbolda siyasi yazılar və şüarlar qadağan olunur. Dünyanın ali futbol qurumu DFF-nin bununla əlaqədar müraciətinə rədd cavab verib.

Məlumata görə, bir il əvvəl sponsorlardan biri formada insan haqları ilə bağlı sözü yazmaq üçün boş yer saxlamağı sifariş edib.

Qeyd edək ki, Danimarka Qətərdə insan haqlarının pozulması məsələsi fəal şəkildə gündəmə gətirir. Nəzərdə tutulan formanı da komanda Qətərin ev sahibliyi edəcəyi DÇ-2022-də geyinməyi nəzərdə tutmuşdu.

Xatırladaq ki, Danimarka millisi mundialda Fransa, Tunis və Avstraliya komandaları ilə eyni qrupda yarışacaq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul