Azadsöz.az xəbər verir ki, Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti atəşfəşanlıqla davam etdirilib.
Qələbə sevincini paylaşmaq üçün milli parka axışan paytaxt sakinləri ilə yanaşı, Bakının qonaqları da konserti böyük maraqla izləyiblər.
Qələbənin ikinci ildönümü şərəfinə Bakı, eləcə də Dənizkənarı Milli Park, həmçinin şəhərin digər parkları və mərkəzi küçələri, bina və eyvanlar bayraqlarmızla bəzədilib. Bilbordlarda, monitorlarda və banerlərdə “Xarıbülbül” emblemi, Zəfər şüarları əks olunub.
Bayram konsertindən sonra keçirilən atəşfəşanlıq qalib ölkənin və gündən-günə gözəlləşən Bakının səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq on minlərlə insan tərəfindən xüsusi coşqu ilə qarşılanıb.
Zəfər Günü yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən böyük qürur və sevinc hissləri ilə qeyd edilir.