Azadsöz.az xəbər verir ki, noyabrın 4-də Göyçay Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Göyçay Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Bayram tədbirində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, icra aparatının məsul şəxsləri, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, kənd inzibati ərazi dairələri, bələdiyyələr, idarə, müəssisə və təşkilatlarların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Göyçay Şəhidlər Xiyabanını ziyarət edərək ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçən şəhidlərimizin məzarları önünə tər qərənfillər düzüblər.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül-çiçək dəstələri düzülüb. Göyçay Gənclər Evində 8 Noyabr – Zəfər Gününə həsr olunan gənclərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Göyçay Heydər Mərkəzində davam etdirilən bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir Arif Məmmədov adına Göyçay şəhər Uşaq musiqi məktəbinin Xor kollektivinin çıxışı və Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdimatında maraqlı konsert proqramı ilə davam edib.