Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Göyçay rayonunun hərbi komissarının vəzifəsindən azad edilməsi haqqında müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Əliyev Famil Əlövsət oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Arzu Rəhimovun digər əmri ilə Famil Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi vəzifəsinə təyin edilib.