Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev kontr-admiral Sübhan Bəkirovla bağlı Sərəncam imzalayıb.
Sərəncamla Sübhan Kamal oğlu Bəkirova “vitse-admiral” ali hərbi rütbəsi verilib.
Qeyd edək ki, Sübhan Bəkirov 1993-cü ildən hərbi dəniz donanmasında müxtəlif vəzifələr tutub.
2016-cı ildən Hərbi Dəniz Qüvvələri Komandanının Maddi Texniki Təminat üzrə müavini- Maddi Texniki Təminat Şöbəsinin rəisi, 2020-ci ildən isə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsinə təyin olunub.
Azərbaycan Prezidentinin 25 iyun 2020-ci il tarixli Sərəncamına əsasən, kontr-admiral ali hərbi rütbəsi verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı Dəniz Xüsusi Təyinatlıları tərəfindən Araz boyu istiqamətində 23 kənd, bir sıra yaşayış məntəqəsi və eləcə də, adsız yüksəkliklər daxil olmaqla Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərdiyinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.