25 Noyabr 2024 18:59

Mayis Bərxudarova “general-leytenant” rütbəsi verildi-SƏRƏNCAM

Azadsöz.az  xəbər  verir  ki, Prezident İlham Əliyev general-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” ali hərbi rütbəsinin verilməsi ilə bağlı sərəncam imzalayıb.

Prezidentin  imzaladığı sərəncama əsasən, general-mayor Mayis Şükür oğlu Bərxudarova “general-leytenant” ali hərbi rütbəsi verilib. 

Qeyd edək ki, 46 yaşlı M.Bərxudarova 2016-cı ildə Lələtəpənin alınmasında göstərdiyi şücaətə görə general-mayor rütbəsi verilib. O, eyni zamanda Vətən müharibəsinin əsas komandanlarındandır.

M.Bərxudarov “Qarabağ” və “Azərbaycan bayrağı” ordenləri, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalı, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. 

Ankara escort İstanbul Travesti Shemale İstanbul