Azadsöz.az xəbər verir ki, oktyabrın 24-də Gürcüstanın Mçxeta rayonundakı Muxrani saray kompleksində mədəni proqram təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tədbirdə iştirak ediblər.
Mədəni proqramda gürcü xalqının milli adət və ənənələri nümayiş etdirilib. Tədbirdə Gürcüstanın milli musiqisi və rəqsləri, gürcü mətbəxinin nümunələri, o cümlədən şirniyyatları təqdim olunub.
Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili milli gürcü rəqslərinə baxıblar.