29 Noyabr 2024 02:25

Dövlət Sosial Müdafiə Fondunun sədri polkovnik-leytenant Vidadi Xəlilovun ailəsi ilə görüşüb

Azadsöz.az  xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov  44  günlük  Vətən müharibəsində  şəhidlik  zirvəsinə  ucalan  polkovnik-leytenant  Xəlilov Vidadi Vaqif oğlunun Göyçay rayonunda yaşayan ailəsi ilə görüşüb, ailənin sosial vəziyyəti öyrənilib.

Görüşdə Vidadi Xəlilovun döyüş yolundan, vətənpərvərliyindən söz açılıb. DSMF sədri şəhid ailələri, müharibə iştirakçılarının sosial dəstək tədbirləri ilə əhatə olunmasından danışıb, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanıldığını vurğulayıb.

Görüşün  sonunda Xəlilovlar ailəsi dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul