29 Noyabr 2024 03:44

Azərbaycan sülh sazişinin yeni variantını Ermənistana verdi

Azadsöz.az xəbər verir ki, Azərbaycan sülh sazişinin genişləndirilmiş elementlərini Ermənistana verib. Erməni tərəfi indi həmin elementlərə baxır. 

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bişkekdə deyib.

Bayramov bildirib ki, genişləndirilmiş elementlər əvvəllər təqdim olunan 5 əsas prinsipi tamamlayır və bu, sülh sazişinin və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasının əsasını təşkil etməlidir: “Azərbaycan Ermənistanla danışıqların gedişində, xüsusən də sülh sazişinin imzalanmasında, rabitə kanallarının açılmasında və Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasında maraqlıdır. Görüşlərdə bu məsələlər daim qaldırılır və Azərbaycan öz mövqeyini ortaya qoyur”.

Bayramov əlavə edib ki, oktyabrda Brüsseldə Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyanın üçüncü iclasının keçirilməsi planlaşdırılır.

Ankara escort İstanbul Travesti Shemale İstanbul