Azadsöz.az xəbər verir ki, gələn il Britaniyada keçiriləcək “Avroviziya-2023” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.
Ölkəmiz gələn il Liverpul şəhərində keçirilməsi planlaşdırılan yarışmada təmsil olunacaq.
Qeyd edək ki, ötən il İtaliyada keçirilən müsabiqədə Azərbaycanı “Fade to black” mahnısı ilə Nadir Rüstəmli təmsil edib.