Azadsöz.az xəbər verir ki, UEFA “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Frayburq”u (Almaniya) cərimələyib.
Buna səbəb komandanın azarkeşlərinin 1-ci turda Ağdam təmsilçisi ilə, 2-ci turda isə “Olimpiakos”la (Yunanıstan) matçlardakı davranışları olub. Ona görə də “Frayburq” “Qarabağ”la görüşdəki insidentə üçün 7 min, “Olimpiakos”la görüşdə baş verənlər üçün isə 11 min avro cərimələnib.
Qeyd edək ki, “Qarabağ” 1-ci turda “Frayburq”a 1:2 hesabı ilə uduzub. Bu komandalar arasında 6-cı tur oyunu isə noyabrın 3-ü Bakıda olacaq.