16 Sentyabr 2024 22:52

Rəşad Dağlı oğluna kiçik toy etdi

Azadsöz.az xəbər verir ki, meyxanaçı Rəşad Dağlı oğlu Yusifə  Buzovna qəsəbəsində şadlıq evlərindən birində kiçik toy edib.Keçirilən məclisə çox sayda qonaq qatılıb. 

Gecədə Rəşadın meyxanaçı həmkarları da yer alıblar. Məclisdə çıxış edənlər arasında Xalq artisti Eyyub Yaqubov, Əməkdar artist Elton Hüseynəliyev yer alıblar.