16 Sentyabr 2024 22:56

Göyçayda vətəndaşların növbəti qəbulu keçirilib-FOTO

“Azadsöz.az”  Göyçay rayon İcra Hakimiyyətinin  rəsmi  saytına istinadən xəbər  verir  ki, 20 sentyabr  2022-ci il tarixdə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq rayon icra hakimiyyətinin inzibati binasında rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevin, RİH başçısı aparatının məsul şəxslərinin, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və rayonun aidiyyəti təşkilatlarının rəhbərlərinin iştirakı ilə vətəndaşların növbəti qəbulu keçirilmişdir.

Rayon rəhbərliyi şəhid ailələrini, Vətən müharibəsi iştirakçılarını, eləcə də digər rayon sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən rayon rəhbərliyi müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar vermişdir.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

 

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.