Azadsöz.az xəbər verir ki, 1- 2 oktyabrda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuşAzərbaycan Uşu Federasiyasının, XAN Uşu klubunun, Göyçay rayon Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə kişilər arasında uşu üzrə “Dəmir Yumruq”-8 Göyçay rayon açıq çempionatı keçirilib.
Keçirilən yarışı Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov, Milli Məclisin deputatı Sabir Hacıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Famil Əliyev, YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov və şəhid ailələri izləyib.
Yarış Göyçay ilə yanaşı, Bakı, Gəncə şəhərlərindən, İsmayıllı və Şəki rayonlarından 150 imdançı qatılıb.
Münsiflər heyətinin qərarı ilə Göyçay 1-ci yerə, 2- yerə Bakı və 3-cü yerə isə Şəki idmançıları layiq görülüb.Qaliblər Fəxri Fərmanlarla və medallarla təltif olunublar.
Sonda qaliblərə Fəxri Fərmanları və medalları Şəhid ailələri təqdim edib.