29 Noyabr 2024 06:31

Şəhid İntiqam Şirəliyevin ildönümü qeyd olundu-FOTOLAR

Azadsöz.az xəbər verir ki, 44 günlük Vətən  müharibəsində qanı  ilə  tarix  yazaraq  şəhidlik  zirvəsinə  ucalan  İntiqam Bəxtiyar oğlu Şirəliyevin ikinci ildönümü Potu kənd qəbirstanlığında şəhidin məzarı önündə qeyd olundu.

Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, RİH başçısı aparatının əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi F.Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,  Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz  Rüstəmov, şəhid  ailələri, kənd  sakinləri  və şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev  çıxış edərək  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyib.Bildirib ki, Azərbaycan Ordusu Vətən müharibəsində qarşıya qoyulmuş vəzifənin öhdəsindən məharətlə gələrək Azərbaycan xalqının 30 illik Qarabağ niskilinə son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıb. Düşmənə hər an tutarlı zərbə vurmağa hazır olan qüdrətli Azərbaycan Ordusunun şəhidlərimizin qisaslarını aldığını, igid Vətən oğullarının qanlarının yerdə qalmadığını  diqqətə  çatdırıb.

Daha  sonra  tədbirdə  çıxış  edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi F.Əliyev, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz  Rüstəmov, Göyçay Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Poliklinika şöbəsinin müdiri Arzu Burcalıyev və  digərləri  çıxış  edərək  şəhid İntiqam Şirəliyevin  keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışıblar.Vətənimizin bütövlüyü uğrunda gedən mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildiriblər.

Tədbir  çərçivəsində mərasim iştirakçıları  Potu kənd  qəbirstanlığında uyuyan Birinci Qarabağ şəhidlərinin məzarlarını  ziyarət  edərək  üzərilərinə gül dəstələri düzüb və ruhlarına dualar oxuyublar.

Sonra  mərasim  şəhidimizin  məzunu olduğu Göyçay rayon  Mübariz Məmmədov adına Potu kənd tam orta məktəbdə  davam  edib. İntiqam Şirəliyevin adı  həkk olunmuş  barelyefin üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.

Tədbir iştirakçıları məktəbin  İntiqam Şirəliyev  adlandırılan sinfinə keçərək məktəblilərlə görüşmüş, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər. 

Sonda  şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, İntiqam Şirəliyev sentyabrın-29-da  Kəlbəcər rayonu istiqamətində gedən döyüşləri zamanı şəhid olub. Göyçay rayonunun Potu kəndində dəfn olunub. Ölümündən sonra Prezdent İlham Əliyevin  sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid İntiqam Şirəliyevin ildönümü qeyd olunub

Şəhid İntiqam Şirəliyevin ildönümü qeyd olunub

Şəhid İntiqam Şirəliyevin ildönümü qeyd olunub

Şəhid İntiqam Şirəliyevin ildönümü qeyd olunub

Ankara escort İstanbul Travesti Shemale İstanbul