Azadsöz.az xəbər verir ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq sabah saat 10:00 da Göyçayda 27 sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş keçiriləcək.
Göyçay rayon İcra Hakimiyyətinin qarşısından başlanan yürüş Göyçay Şəhidlər Xiyabanında yekunlaşacaq.
Qeyd edək ki, Göyçay Əli Kərim parkında yerləşən Şəhidlər Xiyabanında Anım Günü ilə əlaqədar tədbir keçiriləcək.